21 yaşlı oğlan gənə dişlədi - ÖLDÜ
Türkiyədə bu mövsüm gənə sancmasından ilk ölüm hadisəsi qeydə alınıb. Hadisə Sivas əyalətində baş verib. Milli.Az DHA-ya istinadən xəbər verir ki, heyvandarlıqla məşğul olan 21 yaşlı kişi əvvəlcə yüksək hərarətlə tibbi yardıma müraciət edib. Sonradan vəziyyəti pisləşib. Xəstənin Sivasdakı xəstəxanaya köçürüldüyü və ona Krım-Konqo hemorragik qızdırması diaqnozu qoyulduğu bildirilir. Reanimasiya şöbəsində müalicə almasına baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Milli.Az

Şərh verin