İşdə xəsarət alan şəxs 6 gün sonra xəstəxanada öldü

Abşeron rayonunda bədbəxt hadisə nəticəsində xəsarət alan şəxs xəstəxanada vəfat edib. “Qafqazinfo” xəbər verir ki, hadisə aprelin 26-sı Saray qəsəbəsində qeydə alınıb. 1968-ci il təvəllüdlü paytaxt sakini İlqar Ələsgər oğlu Şəfiyev təmir işləri apararkən yıxılaraq baş nahiyəsindən xəsarət alıb. İ.Şəfiyev mayın 2-də yerləşdirildiyi xəstəxanada vəfat edib. Hazırda araşdırma aparılır.