“Bank Respublika” sahibkarlara “34 gün-34% endirim” kampaniyasına start verdi

Ölkəmizdə sahibkarlığın inkişafına xüsusi önəm verən “Bank Respublika” 34 illik fəaliyyəti münasibətilə sahibkarlar üçün “34 gün - 34% endirim” adlı mikro kredit kampaniyasına start verib. Kampaniya çərçivəsində bankdan mikro və aqro kredit götürən müştərilər 34 gün ərzində faiz dərəcəsində 34%-dək endirim əldə edə biləcəklər. Kampaniyanın digər özəllikləri: - Məbləğ: 100 000 AZN-dək; - Müddət: 48 ayadək; - İllik faiz dərəcəsi - min. 10% - Güzəşt müddəti: 12 ayadək; - Zaminsiz və tranşla kredit imkanı; - Təminatdan asılı olaraq komissiyasız kredit; - Kredit xətti açılması imkanı; - Sərbəst ödəniş qrafiki Kampaniya 6 iyunadək davam edəcək. Kredit ticarət, kənd təsərrüfatı, xidmət, istehsal, nəqliyyat və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarına təqdim olunur. Daha ətraflı məlumat üçün: Veb sayt: www.bankrespublika.az Sosial şəbəkələr: “ Facebook ”, “ Instagram ”, “ LinkedIn ”, “ Telegram ” Çağrı Mərkəzi: 144