“Xınalıq” restoranında ofisiant qəfil öldü

Quba rayonunda iaşə obyektlərinin birində ölüm hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, mayın 7-si saat 08 radələrində Güləzi kəndin ərazisində yerləşən “Xınalıq” restoranında ofisiant işləyən kənd sakini 1963-cü il təvəllüdlü Zahid İmambala oğlu Seyidbalayev qəfil vəfat edib. Onun infarktdan öldüyü bildirilib. Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.