"Putin məni təbrik etmədi" - Paşinyan

"Rusiya prezidenti məni təbrik etmədi, amma sual yaranır: o halda kiminlə danışırdı?" Milli.Az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 29-da jurnalistlərlə söhbətində bildirib. Qeyd edək ki, Ermənistandakı seçkilərdən sonra rəsmi Moskvadan İrəvana təbrik ünvanlanmayıb. Lakin iki gün əvvəl Putin və Paşinyan arasında telefon danışığı olub. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)