Netanyahu Zelenski ilə görüşmək istəməyib — KİV

İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtona səfər çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməkdən imtina edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Haaretz” qəzeti iki mənbəyə istinadən məlumat yayıb. Ukrayna tərəfinin mənbəsinin məlumatına görə, görüşlə bağlı ilkin təklif Netanyahunun ofisindən gəlib. Bildirilib ki, Zelenskinin ofisi danışıqlara hazır olduğunu bildirdikdən sonra İsrail tərəfi Netanyahunun sıx iş qrafikini əsas gətirərək görüşmək istəməyib. Digər tərəfdən, İsrail təklifin Ukraynadan gəldiyini, lakin Netanyahunun ofisinin cavab vermədiyini qeyd edib. Xatırladaq ki, Benyamin Netanyahu və Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı senator Lindsi Qremin dəfn mərasimində iştirak etmək üçün ABŞ-yə səfər edib.