"Ən çox dedi-qodu etməyi Bülent Ersoy SEVİRDİ"

Türkiyəli müğənni Seda Sayan açıqlamaları ilə diqqət çəkib. Milli.Az xəbər verir ki, sənətçi son vaxtlar şou-biznesdə əvvəlki kimi böyük dedi-qoduların qalmadığını bildirib. Onun sözlərinə görə, artıq insanların şəxsi həyatı sosial media vasitəsilə hər kəsə açıq şəkildə təqdim olunur. Seda etiraf edib ki, yaxın zamanda ona çox ciddi bir dedi-qodu çatıb. Müğənni həmin hadisə zamanı telefonların belə toplandığını və bəzi görüntülərin silindiyini açıqlayıb. O, məsələ ilə bağlı detalları bölüşməsə də, bu hadisənin onu təəccübləndirdiyini deyib. Türkiyəli sənətçi şou-biznes aləmində dedi-qodunu ən çox sevən şəxsin isə Bülent Ersoy olduğunu vurğulayıb. Seda Sayanın səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər müğənninin açıqlamalarına müxtəlif reaksiyalar verərək şou-biznes dünyası ilə bağlı rəylərini bölüşüblər. Musa Milli.Az