Külli miqdarda nişanlanmamış siqaretlər aşkar edildi

Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda məcburi nişanlanma ilə nişanlanmayan siqaretlər aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Milli.Az komitəyə istinadən xəbər verir ki, əməliyyat-axtarış tədbirləri zamanı Naxçıvan şəhər sakinindən 41 220 ədəd məcburi nişanlanma ilə nişanlanmayan müxtəlif markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır. Milli.Az