Azərbaycandan keçməklə Ermənistana 8 vaqon gübrə və buğda göndəriləcək

Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda və gübrə göndəriləcək. “Qafqazinfo” xəbər verir ki, ümumilikdə 4 vaqon buğda və 4 vaqon gübrənin göndərilməsi gözlənilir. Bildirilir ki, qatar “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək. Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 28 000 tondan çox taxıl, 4 000 tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq daşınıb.