Xocavənddə minalanmış ərazi yanır — Foto - Yenilənib
Xocavənd rayonunda açıq ərazidə yanğın başlayıb. “Qafqazinfo”nun xəbərinə görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. Ərazinin minalanmış olması yanğınla mübarizə tədbirlərini çətinləşdirir. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir. *** Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Ağdam rayonu istiqamətində, Ağdam-Füzuli avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın başlayıb. Əlavə məlumat veriləcək. Ziya Əmirxanlı

Şərh verin