İngiltərə 60 il sonra DÇ-də mükafat qazandı — Video-Yenilənib

DÇ-2026-da üçüncü yer uğrunda oyun keçiriləcək. “Qafqazinfo” xəbər verir ki, bürünc medal uğrunda oyunda Fransa və İngiltərə milliləri üz-üzə gələcək. Qarşılaşma iyulun 19-na keçən gecə ABŞ-nin Mayami şəhərində yerləşən “Mayami Stadium”da baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 01:00-da start götürəcək. Xatırladaq ki, Fransa yarımfinalda İspaniyaya uduzaraq final şansını itirib. İngiltərə isə Argentina ilə görüşdə məğlub olub. Qeyd edək ki, DÇ-2026-nın final matçında İspaniya və Argentina yığmaları qarşılaşacaq. Bu oyun isə iyulun 19-u Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. DÇ-2026 3-cü yer matçı 01:00. Fransa - İngiltərə *** Matç başladı. *** Rays 3-cü dəqiqədə İngiltərəni hesabda önə keçirir. *** Konsa 19-cu dəqiqədə hesabı 2:0 edir. *** İngiltərə Fransaya 3-cü qolu vurur. Saka 37-ci dəqiqədə fərqlənir. *** İngiltərə 4-cü qolu vurur. Saka 45+2-ci dəqiqədə dubl edir. *** Matçda fasilə. *** İkinci hissə başladı. *** Mbappe hesab arasındakı fərqi azaldır. O, 48-ci dəqiqədə rəqib qapısına yol tapır. *** Barkola fərqi 2 topa endirir. *** Kilian Mbappe fərqi minumuma endirir. O, 67-ci dəqiqədə fərqlənir. *** 88-ci dəqiqədə Bukayo Saka hesabı 3:5 edir. *** Dembele 90+6-cı dəqiqədə hesabı 4:5 edir. *** 90+8-ci dəqiqədə Bellinqem hesabı 4:6 edir. Bu oyunda vurulan 10-cu qoldur. *** Matç başa çatdı. İngiltərə dünya çempionatının bürünc medallarına sahib çıxdı. İngiltərə yığması 1966-cı il çempionluğundan sonra ilk dəfə mundialda medal qazandı.