Yığmamız Dünya Kubokunda ilk oyununa çıxacaq
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda ilk matçını keçirəcək. “Qafqazinfo” xəbər verir ki, A qrupunda mübarizə aparan komanda əvvəlcə Madaqaskar millisi ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə 19:05-də start götürəcək. Yığma növbəti görüşünü Niderlanda qarşı keçirəcək. Bu matç isə 22:20-də başlayacaq. Qeyd edək ki, Dünya Kuboku iyunun 7-də yekunlaşacaq.

Şərh verin