Sinqapurun dövlət başçısı Prezident İlham Əliyevə məktub ünvanlayıb

Sinqapur Respublikasının Prezidenti Tarman Şanmuqaratnam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. Milli.Az xəbər verir ki, məktubda qeyd olunub: "Zati-aliləri. Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza Sinqapur xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram. Ölkənizə davamlı sülh, tərəqqi və rifah arzu edirəm". Milli.Az