Azərbaycanlılar niyə mütləq ev sahibi olmağa çalışır? - ARAŞDIRMA
Azərbaycanda ailələrin böyük hissəsi öz evində yaşayır və ölkə yüksək ev sahibliyi göstəricisinə malik dövlətlər sırasında yer alır. Milli.Az -ın araşdırmasına görə, müxtəlif araşdırmalar və statistik göstəricilər Azərbaycanda ev sahibi olma səviyyəsinin təxminən 85-90% arasında dəyişdiyini göstərir. Bu göstərici bir çox Avropa ölkələri ilə müqayisədə daha yüksək hesab olunur. Yüksək göstəricinin əsas səbəbləri sovet dövründən sonra mənzillərin özəlləşdirilməsi, regionlarda fərdi ev tikintisinin geniş yayılması və ailə-miras ənənələrinin güclü olmasıdır. Xüsusilə rayon və kənd yerlərində insanların əksəriyyəti öz həyət evlərində yaşayır. Rəsmi məlumatlara görə, Azərbaycanda ümumilikdə təxminən 2,4 milyon ev təsərrüfatı mövcuddur. Son illərdə ölkədə yeni yaşayış binalarının sayı artsa da, mənzil qiymətlərindəki bahalaşma gənclərin ev sahibi olmasını çətinləşdirir. Xüsusilə Bakı şəhərində kirayədə yaşayanların sayı artır. Buna səbəb kimi mənzil qiymətlərinin yüksəlməsi, ipoteka imkanlarının məhdud olması və gəlirlərin bazardakı qiymət artımına uyğun yüksəlməməsi göstərilir. Qeyd edək ki, Azərbaycan ev sahibi olma nisbətinə görə postsovet məkanında ən yüksək göstəriciyə malik ölkələrdən biri hesab olunur. Ayxan Milli.Az

Şərh verin