146 min şagirdlə bağlı mühüm qərar - Sistem bağlandı

Ölkə məktəblərində şagirdlərin elektron yerdəyişməsi üzrə sorğusu təsdiqlənən şagirdlərin sayı açıqlanıb. Milli.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, 2025-2026-cı tədris ilində şagirdlərin yerdəyişməsi elektron sistemi vasitəsilə 146 min nəfərə yaxın şagirdin sorğusu təsdiqlənib. Qeyd edək ki, 26 may saat 18:00-dan etibarən 2025-2026-cı tədris ilinin ikinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti dayandırılıb. 5 iyun 2026-cı il saat 15:00-a qədər təsdiqlənmiş sorğular üzrə tələb olunan müvafiq sənədlər ümumi təhsil müəssisələrinə təqdim edilməlidir. Göstərilən tarixədək tamamlanmayan sorğular və növbələr sistem tərəfindən avtomatik olaraq ləğv ediləcək. Milli.Az