Neft şirkətinin əməkdaşı iş başında öldü
Bakıda neft şirkətlərindən birinin əməkdaşı iş başında vəfat edib. “Qafqazinfo” xəbər verir ki, hadisə iyunun 1-i saat 18 radələrində Suraxanı ərazisində baş verib. Qəsəbədə fəaliyyət göstərən neft şirkətinin qaldırıcı maşinisti, Bakı şəhər sakini 61 yaşlı Nuraslan Yusubov infarktdan ölüb. Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.

Şərh verin