Günəşdə güclü partlayış baş verdi

İyunun 3-ü səhər saatlarında Günəşdə ən yüksək X sinfinə yaxın yeni partlayış qeydə alınıb. Milli.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib. "İyunun 3-ü Moskva vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə saat 9:00 - red.) 4455 günəş ləkəsi qrupunda (N15W16) rentgen diapazonunda 27 dəqiqə davam edən M7.8 partlayışı qeydə alınıb", - deyə məlumatda bildirilib. Daha əvvəl M9.3 partlayışı barədə məlumat verilmişdi. Milli.Az