“Qarabağ”ın sabiq hücumçusu 41 yaşında öldü

“Qarabağ”ın sabiq futbolçusu Jaba Dvali 41 yaşında vəfat edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb. Onun ürəktutmadan öldüyü bildirilir. Qeyd edək ki, 2014-cü ildə icarə əsasında Ağdam klubunda çıxış edən gürcü futbolçu 5 oyunda meydana çıxıb.