Mayk Tayson arvadını Bred Pittlə necə TUTDU? - FOTOlar

Əfsanəvi boksçu Mayk Taysonun illər əvvəl danışdığı maraqlı hadisə yenidən sosial şəbəkələrdə və xarici mediada müzakirə mövzusuna çevrilib. Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, hadisə 1980-ci illərin sonlarında Taysonun keçmiş həyat yoldaşı Robin Qivens ilə münasibətlərinin gərgin olduğu dövrdə baş verib. Boksçu son müsahibələrindən birində həmin günləri xatırlayaraq gözlənilməz qarşılaşmadan bəhs edib. Taysonun sözlərinə görə, keçmiş həyat yoldaşının evinə etdiyi səfərlərdən birində onu sonradan dünya şöhrətli aktyora çevrilən Brad Pitt ilə birlikdə görüb. O bildirib ki, həmin vaxt Bred Pitt hələ indiki qədər məşhur deyildi və aktyor karyerasının ilk illərini yaşayırdı. Keçmiş dünya çempionu bu qarşılaşmanın onda güclü emosiyalar yaratdığını etiraf edib. Onun illər əvvəl qələmə aldığı xatirələrində də həmin hadisəyə geniş yer verildiyi qeyd olunur. Mövzu ilə bağlı açıqlama verən Robin Qivens isə Taysonun onu Bred Pittlə birlikdə gördüyünü təsdiqləsə də, hadisənin mediada təqdim olunduğu qədər dramatik olmadığını bildirib. Aktrisa bəzi detallarla bağlı yayılan məlumatların şişirdildiyini vurğulayıb. Hadisə uzun illər keçməsinə baxmayaraq, həm Hollivud, həm də idman dünyasının ən çox danışılan xatirələrindən biri olaraq qalır. Taysonun son açıqlamaları isə bu məşhur sevgi üçbucağı ilə bağlı müzakirələri yenidən alovlandırıb. Musa Milli.Az