ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı

ABB kiçik fərdi sahibkarlar üçün yeni kredit kartını - “Bizkart”ı təqdim edib. “Bizkartı” vasitəsilə sahibkarlar biznes və gündəlik xərclərini daha rahat idarə edə bilərlər. “Bizkart”la fərdi sahibkarlara 15 000 AZN-dək kredit xətti açılır. Kart üzrə 45 günədək güzəşt müddəti var. Bu o deməkdir ki, fərdi sahibkar kredit kartı ilə nağdsız ödənişlər etdikdə istifadə etdiyi məbləği güzəşt müddəti ərzində faizsiz geri qaytara bilər. Gündəlik biznes xərcləri üçün təcili dövriyyə vəsaitinə ehtiyacı yarandıqda “Bizkart” optimal həll yoludur. Sahibkar lazımi vəsaiti çox asanlıqla əldə edir, xərclədiyi vəsaiti isə 45 günədək faizsiz geri qaytara bilir. “Bizkart”ın əsas üstünlükləri: - 15 000 AZN-dək kredit xətti; - 45 günədək güzəşt müddəti; - Zaminsiz və girovsuz təqdim edilir; - Kart ödənişsizdir; - VÖEN-lə çalışan hər bir fərdi sahibkar “Bizkart” əldə edib onun üstünlüklərindın faydalana bilər. “Bizkart”ı “ABB Biz” tətbiqindən sifariş vermək mümkündür. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi , 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.