Rusiyadan azərbaycanlıların ölümü ilə bağlı AÇIQLAMA

Moskva Azov dənizində "Natra" və "Zirkon" gəmilərində həlak olan dənizçilərin ailələrinə, dostlarına başsağlığı verir və hadisənin səbəblərini araşdırır. Milli.Az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. "Həlak olanların ailələrinə və dostlarına dərin hüznlə başsağlığı veririk. Yaralıların tezliklə sağalmasını arzulayırıq. Hadisənin baş vermə səbəbləri araşdırılır", - o bildirib. Qeyd edək ki, azərbaycanlıların idarə etdiyi "Natra" və "Zirkon" yük gəmiləri dron hücumuna məruz qalıb. Hadisə nəticəsində 5 Azərbaycan vətəndaşı həyatını itirib, 3 nəfər isə xəsarət alıb. Yaralanan şəxslər müalicə üçün Rusiyanın Yeysk şəhərindəki xəstəxanaya yerləşdiriliblər. Milli.Az