Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR
Vəfat etdikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə diplomatik xidmət orqanı əməkdaşının xidmətinə xitam veriləcək. Milli.Az APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Diplomatik xidmət haqqında" qanuna təklif edilən yeni - 30.1.14-cü maddədə əksini tapıb. Bu halda diplomatik xidmət əməkdaşının vərəsələrinə orta aylıq dövlət məvacibinin 4 misli miqdarında müavinət ödəniləcək. Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib. Milli.Az

Şərh verin