"İzləsinlər, infarkt keçirsinlər, təzyiqləri QALXSIN"
Müğənni Fədayə Laçının doğum günü paylaşımı diqqət çəkib. Milli.Az xəbər verir ki, 50 yaşı tamam olan sənətçi yubileyini fərqli tərzdə qeyd edib. Rusiyada yaşayan ifaçı ad gününü yalnız şəkildə çay kənarında keçirib: "Sevənlərimə canım fəda, sevməyənlərim də izləsinlər, infarkt keçirsinlər, izləsinlər və təzyiqləri qalxsın. Nə yaxşı ki, varam, 100 yaşa, Fədayə, amma qocalma. Kreativ ideya: 50 illik yubileyimi belə qeyd etmək qərarına qaldım. Çayın kənarında, təkcə oturdum. Ən yaxşısı budur" deyə, müğənni bildirib. Musa Milli.Az

Şərh verin