Sadıq Sadıqov qəfil vəfat etdi
“Neftçi”nin sabiq prezidenti Sadıq Sadıqov qəfil vəfat edib. “Qafqazinfo” xəbər verir ki, 61 yaşlı funksioner bu gün dünyasını dəyişib. Qeyd edək ki, S. Sadıqov 2009-2015-ci illərdə “Neftçi”nin prezidenti olub. Sadıq Sadıqovun prezident olduğu dövrdə “Neftçi” 3 dəfə Azərbaycan çempionu olub, iki dəfə ölkə kubokunu qazanıb. Sadıq Sadıqov son olaraq “Neftçi” İdman Klubunun İdarə Heyətinin sədrinin müşaviri vəzifəsini icra edirdi.

Şərh verin