Millimiz dünya çempionatının 1/4 finalında

Bu gün 3x3 basketbol üzrə qadın millimiz Polşanın paytaxtı Varşava şəhərində keçirilən dünya çempionatının pley-in mərhələsində Litva seçməsinə qarşı oyuna çıxıb. Milli.Az xəbər verir ki təmsilçimiz əlavə vaxta gedən oyunda Litva millisinə 14:12 hesabı ilə qalib gələrək, 1/4 finala vəsiqə qazanıb. Qeyd edək ki, millimiz 1/4 finalda Almaniya seçməsi ilə qarşılaşacaq. Oyun 6 iyun Bakı vaxtı ilə saat 21:00-da baş tutacaq. Milli.Az