Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin olunub

Şamil Əzizov ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin olunub. Milli.Az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytında məlumat yerləşdirilib. Məlumata görə, o, 1984-cü ildə Bakı şəhərində anadan olub. Ali təhsillidir. 2005-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının "Texniki sistemlərdə idarəetmə və informatika", 2007-ci ildə İngiltərənin (Böyük Britaniya) Oxford Brookes University "Mühasibat və maliyyə" və Azərbaycan Dövlət Neft Akademiyasını "kompüter riyaziyyatı", həmçinin 2008-ci ildə İsveçrənin Webster University in Geneva "Biznesin idarə edilməsi" ixtisasları üzrə təhsil almışdır. Əmək fəaliyyətinə 2010-cu ildə Ernst&Young Şirkətində mütəxəssis kimi başlayaraq auditor və ekspert vəzifələrində çalışmışdır. 2011-2019-cu illərdə Azərbaycan Dövlət Neft Şirkətinin İqtisadiyyat və Uçot İdarəsinin Birgə layihələr şöbəsində iqtisadçı və aparıcı iqtisadçı, 2019-2020-ci illərdə Heydər Əliyev Mərkəzinin Layihələrin İdarə Edilməsi Departamentində aparıcı mütəxəssis və baş mütəxəssis, 2020-2026-cı illərdə "Regional İnkişaf" İctimai Birliyində ekspert və Heydər Əliyev Mərkəzində direktorun köməkçisi vəzifələrində işləmişdir. 22 may 2026-cı il tarixindən Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müşaviri vəzifəsində işləyir. Milli.Az