Səbail rayonunda yanğın başlayıb

Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən qamışlıq sahədə yanğın hadisəsi qeydə alınıb. Milli.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, yanğın Salyan şosesi istiqamətində baş verib. Hazırda əraziyə FHN-in yanğınsöndürmə qüvvələri cəlb olunub və alovun söndürülməsi istiqamətində zəruri tədbirlər görülür.