İran millisinin məşq bazasının yanında cəsəd tapıldı

İran milli komandasının Meksikanın Tiyuana şəhərindəki təlim-məşq bazasının yaxınlığında cəsəd aşkar olunub. Milli.Az qafqazinfo -ya istinadən xəbər verir ki,  cəsəd supermarket dayanacağında olan avtomobilin baqajında tapılıb. Meksika prokurorluğu cəsədin qara torbaya büküldüyünü və zorakılıq əlamətləri olduğunu açıqlayıb. Qeyd edək ki, İran millisi DÇ-2026-da Misir, Belçika və Yeni Zelandiya ilə birlikdə G qrupunda yer alır.