ABŞ-İran anlaşmasını Tramp, Vens və Qalibaf imzalayıblar
ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumu elektron formatda imzalanıb. Milli.Az APA-ya istinadən bildirir ki, İran tərəfindən sənədi ölkə parlamentinin sədri Məhəmməd Bager Qalibaf imzalayıb. ABŞ tərəfdən isə memorandum Prezident Donald Tramp və vitse-prezident Cey Di Vens tərəfindən imzalanıb. Məlumata əsasən, sənədin rəsmi imzalanma mərasimi iyunun 19-da İsveçrədə keçiriləcək. Milli.Az

Şərh verin