DÇ-nin ən yaxşı futbolçusu adının favoriti odur

2026-cı il Dünya Kubokunun ən yaxşı oyunçusu mükafatını qazanacaq favorit açıqlanıb. “Qafqazinfo” xəbər verir ki, bu haqda “Betonmobile” məlumat yayıb. Bukmekerlər fransalı hücumçu Kilian Mbappeni 2026-cı il Dünya Kubokunun ən yaxşı oyunçusu mükafatını qazanmaq üçün favorit hesab edirlər. Turnirin ən yaxşı oyunçusu mükafatına ilk üç iddiaçı arasında argentinalı Lionel Messi və fransalı Maykl Olişe də var.