XİN-in diplomatik xidmət əməkdaşlarının aylıq vəzifə maaşları təsdiqlənib - Fərman

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində xidmət keçən diplomatik xidmət əməkdaşlarının aylıq vəzifə maaşlarının və aylıq vəzifə maaşlarına diplomatik rütbəyə və təmsilçiliyə görə əlavə haqqın məbləğləri təsdiq olunub. Milli.Az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmanın mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində xidmət keçən diplomatik xidmət əməkdaşlarının əməyinin ödəniş pillələri üzrə aylıq vəzifə maaşlarının məbləği Diplomatik vəzifənin adı Ödəniş pillələri I II III IV V VI VII Xüsusi tapşırıqlar üzrə səfir, idarə rəisi 8245 8450 8660 8865 9070 9275 9485 İdarə rəisinin müavini 6635 6805 6970 7135 7300 7465 7635 Müşavir 6175 6330 6485 6635 6790 6945 7100 Şöbə müdiri 4970 5095 5220 5340 5465 5590 5715 Birinci katib 4625 4740 4855 4970 5085 5200 5315 İkinci katib 4300 4410 4515 4625 4730 4840 4945 Üçüncü katib 4000 4100 4200 4300 4400 4500 4600 Attaşe 3720 3815 3910 4000 4095 4185 4280 Qeyd: Xarici işlər nazirinin və onun müavinlərinin diplomatik vəzifələri üzrə aylıq vəzifə maaşlarının məbləği "Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 mart tarixli 625 nömrəli Fərmanı ilə müəyyən edilir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində xidmət keçən diplomatik xidmət əməkdaşlarının aylıq vəzifə maaşlarına diplomatik rütbəyə görə əlavə haqqın məbləği Diplomatik rütbənin adı Aylıq vəzifə maaşlarına diplomatik rütbəyə görə əlavə haqq (manatla) Fövqəladə və səlahiyyətli səfir 550 Birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi 500 İkinci dərəcəli fövqəladə və səlahiyyətli elçi 450 Birinci dərəcəli müşavir 400 İkinci dərəcəli müşavir 350 Birinci dərəcəli birinci katib 300 İkinci dərəcəli birinci katib 275 Birinci dərəcəli ikinci katib 260 İkinci dərəcəli ikinci katib 250 Üçüncü katib 225 Attaşe 200 Qeyd: Diplomatik xidmət əməkdaşlarının aylıq vəzifə maaşlarına diplomatik rütbəyə görə əlavə haqqın verilməsi dövlət büdcəsində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (bundan sonra - Nazirlik) saxlanılması xərclərində nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir. Bu məqsədlə hər il növbəti ilin dövlət büdcəsi layihəsinin tərtibi zamanı Nazirlik üzrə baza aylıq vəzifə maaşlarının (birinci ödəniş pilləsi) 0,8 misli həcmində vəsait Nazirliyin saxlanılması xərclərinin tərkibinə daxil edilir. Aylıq vəzifə maaşına diplomatik rütbəyə görə əlavə haqq, diplomatik xidmət əməkdaşına diplomatik rütbənin verildiyi aydan sonrakı ayın 1-dən başlayaraq, hər ay vəzifə maaşı ilə birlikdə ödənilir. Diplomatik xidmət əməkdaşının diplomatik rütbəsi artırıldıqda əvvəlki diplomatik rütbəyə görə əlavə haqqın verilməsi növbəti ayın 1-dən dayandırılır. Diplomatik xidmət əməkdaşının əvvəlki diplomatik rütbəsi bərpa olunduqda, həmin diplomatik rütbəyə görə aylıq vəzifə maaşına əlavə haqqın verilməsi növbəti ayın 1-dən başlayaraq həyata keçirilir. Diplomatik xidmət əməkdaşının diplomatik rütbəsi aşağı salındıqda, əvvəlki diplomatik rütbəyə görə aylıq vəzifə maaşına əlavə haqqın verilməsi dərhal dayandırılır. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində xidmət keçən diplomatik xidmət əməkdaşlarının aylıq vəzifə maaşlarına təmsilçiliyə görə əlavə haqqın məbləği Diplomatik vəzifənin adı Aylıq vəzifə maaşlarına təmsilçiliyə görə əlavə haqq (manatla) Xüsusi tapşırıqlar üzrə səfir, idarə rəisi 400 İdarə rəisinin müavini 330 Müşavir 310 Şöbə müdiri 250 Birinci katib 230 İkinci katib 220 Üçüncü katib 200 Attaşe 180 Qeyd: Diplomatik xidmət əməkdaşlarının (xarici işlər naziri və onun müavinləri istisna olmaqla) aylıq vəzifə maaşlarına təmsilçiliyə görə əlavə haqqın verilməsi dövlət büdcəsində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin saxlanılması xərclərində nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir. Aylıq vəzifə maaşına təmsilçiliyə görə əlavə haqq, diplomatik xidmət əməkdaşına diplomatik rütbənin ilk dəfə verildiyi aydan sonrakı ayın 1-dən başlayaraq, hər ay vəzifə maaşı ilə birlikdə ödənilir.