Türkiyədə tur avtobusu aşdı — Ölən və xəsarət alanlar var
Türkiyənin İsparta-Konya avtomobil yolunun Bağıllı kəndi yaxınlığında tur avtobusu aşıb. “Qafqazinfo” xəbər verir ki, bu haqda “TRT Haber” məlumat yayıb. İlkin məlumata görə, qəza nəticəsində 4 nəfər ölüb, 3-ü ağır olmaqla 15 nəfər yaralanıb. Yaralılar bölgədəki müxtəlif xəstəxanalara çatdırılıb. Avtobusun Konyadan İspartaya görməli yerləri gəzmək üçün getdiyi bildirilib.

Şərh verin