Gəncədə evdə 16 yaşlı yeniyetmənin meyiti tapılıb
Gəncədə evdən meyit tapılıb. Milli.Az apa -ya istinadən xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. Şəhər sakini, 2009-cu il təvəllüdlü Ə. Novruzovun yaşadığı evdə meyit aşkar edilib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Yeniyetmənin ölüm səbəbi hələlik məlum deyil. Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin Gəncə şəhər şöbəsinə təhvil verilib. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin