Məktəbi 8 gün əvvəl bitirmişdi — Meyiti tapıldı

Gəncədə 17 yaşlı yeniyetmənin yaşadığı evdə meyiti tapılıb. “Qafqazinfo” xəbər verir ki, 2009-cu il təvəllüdlü Ə.N.-nin meyiti yaşadığı Məhsəti qəsəbəsindəki evində aşkarlanıb. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Ə.Novruzov 11-ci sinfi bu il bitirib. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırmalara başlanılıb. Yunis Quliyev