FHN əhaliyə müraciət etdi: Küləkli havada dənizə girməyin
Hazırda ölkə ərazisində, xüsusilə Bakı və Abşeron yarımadasında müşahidə olunan güclü küləkli hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib. Nazirlikdən bildirilib ki, küləkli hava şəraitində dənizə girmək həyati təhlükə yarada bilər və vətəndaşlar müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməlidirlər. FHN bir daha çimərliklərə üz tutan vətəndaşları ehtiyatlı olmağa çağıraraq, qaydalara laqeydliyin insan həyatı üçün risk yaratdığını xatırladıb. Qeyd olunub ki, hər hansı təhlükə və ya fövqəladə vəziyyət zamanı 112 qaynar xəttinə müraciət etmək lazımdır. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin