Rusiyada göyərtəsində iki nəfər olan helikopterdən xəbər yoxdur
Rusiyada Primorsk diyarında meşə aviasiyasına məxsus "Robinson R44" tipli helikopterlə əlaqə itib. Milli.Az xəbər verir ki, axtarış-xilasetmə əməliyyatı həyata keçirilir. Rusiya İstintaq Komitəsinin Nəqliyyatda Şərq Regionlararası İstintaq İdarəsinin məlumatına əsasən, Primorsk diyarında itkin düşən Robinson helikopterinin göyərtəsində ekipajın iki üzvü - pilot və müşahidəçi-pilot olub. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin