Avtomobil işıq dirəyinə çırpıldı — Yenilənib-Video
Mingəçevirdə yol-nəqliyyat hadisəsi olub. “Qafqazinfo”nun xəbərinə görə, qəza şəhərin M.Maqomayev və 20 Yanvar küçələrinin kəsişməsində yerləşən yol dairəsinin yaxınlığında qeydə alınıb. İlkin məlumata görə, “Hyundai” markalı minik avtomobili idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb. Zərbənin təsirindən işıq dirəyi aşıb. Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan 32 yaşlı Aysel Ağayeva və 37 yaşlı Mərziyə Mustafayeva təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıblar. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. *** TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Mingəçevir şəhəri ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 21.06.2026-cı il tarixində saat 06:10 radələrində 2 nəfər (qadın) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: “Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən 1 nəfərin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilən digər şəxs isə öz istəyilə özəl tibb müəssisəsinə təxliyə olunub”. Ziya Əmirxanlı

Şərh verin