Masallıda polis meşəlik ərazidə 1520 ədəd xaş-xaş kolu aşkarlayıb
Masallıda polis əməkdaşları tərəfindən həyata keçirilən növbəti tədbirlər zamanı yabanı halda yetişən narkotik tərkibli bitkilər aşkarlanıb. Milli.Az xəbər verir ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri "Xaş-xaş-2026" şərti adlı əməliyyat-axtarış tədbirləri çərçivəsində Dəmbəlov kəndi yaxınlığındakı meşəlik əraziyə baxış keçirilib. Yoxlama zamanı ərazidə qanunsuz şəkildə bitən narkotik tərkibli xaş-xaş kolları müəyyən olunub. Aşkarlanan ümumilikdə 1520 ədəd xaş-xaş kolunun çəkisinin 349 kiloqram olduğu bildirilib. Polis əməkdaşları tərəfindən həmin bitkilər müvafiq qaydada yığılaraq məhv edilib. Tədbirlər davam etdirilir. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin