Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq - Proqnoz

Azərbaycanda iyunun 23-də isti hava şəraitinin müşahidə olunacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində havanın temperaturu bəzi yerlərdə 35 dərəcəyə qədər yüksələcək. Bakı və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Gün ərzində şimal-şərq küləyinin cənub-şərq küləyi ilə əvəz olunacağı bildirilir. Paytaxtda havanın temperaturunun gecə 19-22, gündüz isə 27-32 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 60-65 faiz, gündüz 45-50 faiz təşkil edəcək. Rayonlarda isə hava şəraitinin daha dəyişkən olacağı, bəzi yerlərdə fasilələrlə yağış yağacağı proqnozlaşdırılır. Xüsusilə dağlıq və dağətəyi ərazilərdə qısamüddətli intensiv yağış, şimşək və dolu ehtimalı var. Gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda duman da müşahidə oluna bilər. Mülayim şərq küləyinin əsəcəyi bölgələrdə havanın temperaturu gecə 21-25, gündüz 30-35 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 10-15, gündüz 18-23, bəzi yerlərdə isə 25-28 dərəcə isti olacaq. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)