Bakıda qardaşıgilə qonaq gələn qız 8-ci mərtəbədən yıxılıb öldü
Bakıda 24 yaşlı qız faciəli şəkildə ölüb. Milli.Az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib. Bakı şəhər sakini 2002-ci il təvəllüdlü Ə.Quliyeva qonaq olduğu qardaşının evində 8-ci mərtəbədən ehtiyatsızlıqdan yıxılaraq ölüb. Faktla bağlı araşdırmalar aparılır. Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Şərh verin