Sabah Goranboy və Samux rayonlarının bəzi ərazilərində qaz olmayacaq

Sabah Goranboy və Samux rayonlarının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə Milli.Az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Gəncə Regional Qaz İstismarı İdarəsindən məlumat verilib. Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyunun 23-də saat 10:00-dan etibarən işlər başa çatana qədər Goranboy rayonunun Hazırəhmədli kəndi və Samux rayonunun Qarayeri qəsəbəsinin qaz təchizatında müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Qeyd olunub ki, təmir-bərpa işləri yekunlaşdıqdan sonra qaz təchizatı mərhələli şəkildə bərpa ediləcək. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)