Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı
Moskvanın bütün əsas hava limanlarında təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq olunub. Milli.Az xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi ("Rosaviasiya") məlumat yayıb. Bildirilib ki, məhdudiyyətlər paytaxtın Vnukovo, Domodedovo, Jukovski və Şeremetyevo hava limanlarını əhatə edir. Qurumun açıqlamasına əsasən, tətbiq edilən tədbirlər uçuşların təhlükəsizliyinin təmin olunması məqsədi daşıyır. Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Şərh verin