Şükürbəyli kəndində daha 20 ailəyə evlərinin açarları təqdim olunub - Yenilənib

Cəbrayılın Şükürbəyli kəndinə köçən ailələrə evlərin açarları təqdim edilib. Milli.Az Trend -ə istinadən xəbər verir ki, Böyük Qayıdış proqramı çərçivəsində Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç mərhələsi həyata keçirilib. Bu mərhələdə kəndə 20 ailə, ümumilikdə 89 nəfər köçürülüb. Doğma yurdlarına qayıdan sakinlərə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim olunub. Qeyd edək ki, kəndə ümumilikdə 615 ailənin, yəni 2522 nəfərin köçürülməsi planlaşdırılır. _____________ Növbəti köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçürülən ailələr doğma yurda çatıb. Milli.Az Trend -ə istinadən xəbər verir ki, Şükürbəyli kəndi istiqamətində yola salınan 20 ailə artıq yeni yaşayış məntəqəsinə çatıb. Növbəti mərhələdə ailələrə məskunlaşacaqları evlərin açarları təqdim olunacaq. ______________ Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb Milli.Az Trend -ə istinadən xəbər verir ki, köç prosesinin bu mərhələsində kəndə 20 ailə, ümumilikdə 89 nəfər yerləşdirilib. Şükürbəyli kəndinə köçürülən ailələr uzun illər ərzində respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərdir. Xəbər yenilənəcək Müəllif: Malik Məlikov (Milli.Az redaktor)