İranda uçuşlar dayandırılacaq
İranda keçmiş ali lider Əli Xameneinin dəfn mərasimləri ilə əlaqədar bir sıra hava limanlarında uçuşlara məhdudiyyətlər tətbiq ediləcək. Milli.Az xəbər verir ki, İran Mülki Aviasiya İdarəsinin yaydığı məlumata əsasən, 4-9 iyul tarixlərində Tehran və Məşhəd şəhərlərindəki hava limanlarının fəaliyyəti mərhələli şəkildə məhdudlaşdırılacaq. Məlumata görə, Tehranın İmam Xomeyni və Mehrabad hava limanlarında uçuş rejimi müəyyən saatlarda məhdudlaşdırılacaq. Məşhəd hava limanında isə 9 iyul tarixində uçuşların tam dayandırılması nəzərdə tutulur. Qurum həmçinin bildirib ki, 6 iyulda Tehran hava limanlarında təhlükəsizlik və təşkilati tədbirlər səbəbindən məhdudiyyətlər daha da gücləndiriləcək. Qeyd edək ki, dəfn mərasimlərinin 4-5 iyul tarixlərində Tehrandakı İmam Xomeyni Musalla məscidində, 6 iyulda yenidən Tehranda, 7 iyulda Qum şəhərində, 9 iyulda isə Məşhəddə keçirilməsi planlaşdırılır. Mərasimlərin ardından Əli Xameneinin Məşhəddə yerləşən İmam Rza ziyarətgahında dəfn ediləcəyi bildirilir. Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Şərh verin