Lənkəranda dağlıq ərazidə itkin düşən 8 nəfər xilas edilib
Lənkəran rayonunun İstisu qəsəbəsində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə itkin düşən vətəndaşlar xilas edilib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətinin məlumatına görə, Nazirliyin Cənub Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub. Xilasedicilər tərəfindən aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində çətin keçidli dağlıq-meşəlik ərazidə yolunu azaraq itkin düşən 8 nəfərin yeri müəyyən edilərək xilas olunub. Qeyd edək ki, axtarışlara Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli kənd sakinləri də cəlb olunub. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin