İyunun 30-da Yer kürəsində güclü maqnit qasırğası gözlənilir
İyunun 30-da Yer kürəsində G1 (zəif səviyyəli) maqnit qasırğasının baş verəcəyi gözlənilir. Milli.Az-ın kp.ru-ya istinadən xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb. Məlumata görə, iyunun 29-da maqnit qasırğasının yaranma ehtimalı 10 faiz təşkil edir. İyunun 30-da isə bu göstərici 87 faizə yüksələrək Yer maqnit sahəsində zəif dalğalanmaların olacağı proqnozlaşdırılır. Alimlərin proqnozuna əsasən, iyul ayı ərzində maqnitosferin ümumilikdə sabit qalacağı gözlənilir. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin