Dağıntılar altında 5-ci gün — Ana və 9 aylıq körpəsi xilas edildi - Video
Venesuelada baş vermiş zəlzələnin 5-ci günü dağıntılar altından ana və 9 aylıq körpəsi xilas edilib. “Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə xilasetmə anının görüntüləri yayılıb. Məlumata görə, həm ana, həm də körpəsi yalnız yüngül xəsarətlər alıblar. Xatırladaq ki, Venesuelada bir-birinin ardınca baş verən 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ ölkədə geniş dağıntılara səbəb olub. Son məlumatlara görə, təbii fəlakət nəticəsində 1430 nəfər ölüb , daha 3238 nəfər xəsarət alıb. Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriges axtarış-xilasetmə əməliyyatları nəticəsində 33 nəfərin dağıntılar altından sağ çıxarıldığını açıqlayıb .

Şərh verin