Maşının təkəri çıxıb “Range Rover”ə çırpıldı — Video

Bakı-Şamaxı yolunda hərəkətdə olan minik avtomobillərindən birinin təkəri qəfil çıxıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə bloqer Nigar Fərzəliyeva sosial şəbəkə hesabında paylaşım edib. Bloqerin sözlərinə görə, həmin avtomobilin yolun ortasında qalan təkəri ona məxsus “Range Rover”ə dəyib. Nigar həmin vaxt avtomobildə olmadığını, maşını başqa şəxsin idarə etdiyini bildirib. Sözügedən görüntüləri təqdim edirik: