Qızıl öpüşdən qara seriyaya — 12 illik kabus
2014-cü ildə Braziliyada keçirilən dünya çempionatının qalibi olan Almaniya millisi sonrakı mundiallarda gözləntiləri doğrultmur. “Qafqazinfo” xəbər verir ki, “Alman maşını” 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında İsveç, Meksika və Cənubi Koreyanın yer aldığı qrupda cəmi 3 xal toplayaraq sonuncu pillədə qərarlaşaraq mübarizəni qrup mərhələsində dayandırmışdı. 2022-ci ildə Qətərdəki mundialda isə Yaponiya, İspaniya və Kosta-Rikanın yer aldığı qrupda 4 xalla üçüncü olmuş və bununla da ardıcıl ikinci dəfə pley-off-a yüksələ bilməmişdi. 2026-cı il dünya çempionatında qrup mərhələsini uğurla adlayan Almaniya 1/16 finalda Paraqvayla üz-üzə gəlib. Oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında rəqibinə 3:4 hesabı ilə məğlub olan Almaniya mundialla erkən vidalaşıb. Almaniyanın dünya çempionatlarındakı uğursuz çıxışını bir sıra nəşrlər “Götze lənəti” adlandırır. Qeyd edək ki, 2014-cü il mundialın finalında almanların qələbə qolunu Mario Götze vurmuşdu.

Şərh verin