DÇ-də sensasiya — Almaniya Paraqvaya uduzdu - Yenilənib

Dünya çempionatında 1/16 final mərhələsinin oyunları davam edir. “Qafqazinfo” xəbər verir ki, Almaniya yığması Paraqvay kollektivi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 00:30-da başlayacaq. DÇ-2026 1/16 final Almaniya – Paraqvay *** Matç başladı. *** 42-ci dəqiqədə Xulian Ensiso hesabı açır. *** Fasilə. *** İkinci hissə başladı. *** Kai Havertz 54-cü dəqiqədə hesabı bərabərləşdirir. *** Matçın 90 dəqiqəsi 1:1 hesabı ilə başa çatdı. Əlavə hissələr oynanılacaq. *** Əlavə olunmuş ilk hissə başladı. *** Almaniya hesabda önə keçir. 102-ci dəqiqədə Yonatan Ta fərqlənir. *** Almaniyanın 102-ci dəqiqədə vurduğu qol ləğv olundu. VAR-ın qərarına görə, həmin epizodda qapıçıya qarşı qayda pozulub. *** Əlavə olunmuş ilk hissə başa çatdı. *** Əlavə olunmuş ikinci hissə başladı. *** Əlavə olunmuş ikinci hissə də başa çatdı. Hesab dəyişmədi. Matçda penaltilər seriyası oynanılacaq. *** Almaniya ilk penaltini vura bilmədi. Key Havertzin zərbəsini qapıçı qaytardı. *** Almaniya yenə vura bilmədi. Voltemadenin zərbəsini qapıçı qaytardı. *** Paraqvay penaltilər seriyasında Almaniyaya 4:3 qalib gələrək 1/8 finala çıxır.